“İnter” Lautaro Martineslə müqavilə müddətini 2026-cı ilə qədər yeniləyib.

Bu barədə Milan klubunun rəsmi saytı məlumat yayıb. Yeni sözləşmənin şərtlərinə əsasən, argentinalı hücumçunu transfer etmək istəyən klub “İnter”ə 111 milyon avro təzminat ödəməlidir. Xatırladaq ki, Martines 2018-ci ildə Argentinanın “Rasinq” klubundan 25 milyon avroya transfer olunmuşdu. 24 yaşlı hücumçu bu günə qədər “neradzurra”nın heyətində keçirdiyi 144 oyunda 54 qol vurub və 21 məhsuldar ötürmə ilə yadda qalıb.